PFL çempionu Usman Nurmaqomedov UFC 331-də Şon Şarafa nokautla uduzan Qeybl Stivsonun məğlubiyyətinə münasibət bildirib. Usman sosial şəbəkədə Stivsonun küncündə olan Con Consun reaksiyasını paylaşaraq ona müraciət edib: "Bumeranq nədir, bilirsən, Con? Hər şey ola bilər. Sənin idmançına gələcəkdə uğurlar arzulayıram!"
Offsideplus.az xəbər verir ki, daha əvvəl Con Cons İslam Maxaçevlə ən yaxşı MMA döyüşçüsü barədə mübahisə zamanı İslamın nokautla uduzduğunu xatırlatmışdı. Cons Maxaçevə belə cavab vermişdi: "Sənin məşqçin məni 'Tanrının hədiyyəsi' adlandırırdı, amma səni nokaut ediblər."


