Portuqaliyalı futbol əfsanəsi Luiş Fiqu "Barselona"nın mövsümə parlaq startı və "Real Madrid"in çempionluq uğrunda mübarizəsi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, "Barselona"nın çempionata çox inamlı başladığını bildirib:

"Onlar ardıcıl qələbələr qazanır, yaxşı oyun nümayiş etdirir və çox qol vururlar. Lakin mövsüm çox uzundur, görək sonadək necə davam edəcəklər. "Real Madrid" isə şübhəsiz ki, sona qədər mübarizə aparacaq. Bu turnirdə sabitlik əsas şərtdir və may ayına qədər eyni ritmi qorumaq lazımdır. Mövsüm ərzində həm yüksəlişlər, həm də enişlər qaçılmazdır. Çətin anlarda yetkinlik və ustalıq nümayiş etdirərək irəli gitmək vacibdir".

Fiqu həmçinin qeyd edib ki, "Real Madrid"in "Atletiko"ya 1:2 hesabı ilə uduzduğu derbini izləməyib, çünki həmin vaxt Sürixdə olub. O, baş məşqçi Joze Mourinyonun hakimlər barədə tənqidlərini şərh etməkdən imtina edib:

"O, öz qərarını verdi. Mənim bunu şərh etməyimə ehtiyac yoxdur. Bu, şəxsi qərardır və əgər belə edibsə, deməli, düzgün hesab edib".