AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VI turundakı hakim qərarlarına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, "Qəbələ" - "Neftçi" matçında (0:3) baş hakim Cavid Cəlilov qonaqların futbolçusu Alen Şkribeki qırmızı vərəqə ilə cəzalandırmalı olduğunu söyləyib.
Komitə rəhbəri, həmçinin son turun digər iki qarşılaşmasında yaşanan mübahisəli anlara da aydınlıq gətirərək referilərin qərarlarını şərh edib.


