UFC-də çıxış edən İan Gerri və Maykl Morales arasında sosial şəbəkələrdə maraqlı dialoq yaşanıb. Tərəflər noyabrın 28-də Səudiyyə Ərəbistanında qarşılaşmaq barədə razılığa gəliblər. Gerri bildirib ki, ilin sonuna qədər döyüşmək istəyir, lakin Moralesin əlçatan olmadığını deyirlər. O, Moralesin titul döyüşündə ehtiyat döyüşçü olmağa hazır olduğunu, amma indi onunla qarşılaşmaqdan imtina etdiyini vurğulayıb və rəqibinin onu qaçırdığını iddia edib.
Offsideplus.az xəbər verir ki, Maykl Morales bu iddialara cavab olaraq "Mən istənilən vaxt döyüşə hazıram, sadəcə müqavilə lazımdır. Sənə qəfəsdə dərs verəcəyəm" deyib. Gerri isə "Səudiyyə Ərəbistanı, 28 noyabr. Gəlin bunu reallaşdıraq" sözləri ilə cavab verib. Morales də "Müqaviləni imzala, hər şey hazır olacaq" deyə bildirib. Qeyd edək ki, hazırda UFC-nin rəsmi təqvimində 28 noyabrda Səudiyyə Ərəbistanında turnir nəzərdə tutulmayıb. Təşkilat 21 noyabrda Qətərdə tədbir keçirəcək.


