Azərbaycan millisi sabah Tacikistanla yoxlama görüşündə gücünü sınayacaq.

Offsideplus.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında yığmamızın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Qarşıdakı oyunlar barədə:

“Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ardıcıl 4 oyun ilk dəfədir. Buna görə geniş heyət çağırdıq. Rəqib 2026-cı ildə məğlub olmayıb. Bizdə də gec qoşulan oyunçular oldu. Anton və Cəlal demək olar ki, məşq etməyib. Ümumi planımız var. Sabah yaxşı oynayıb, qələbə qazanmaq istəyirik. Hazırlığımızı 3 oyuna görə quracağıq. Evdə, azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik”.

Rəqib barədə:

“Yoldaşlıq görüşləri məcburdur. Lixtenşteyn və Litva 24-ü qarşılaşacaq. Biz də məcbur Asiyaya üz tutduq. Son iki oyunda çoxlu qol epizodumuz olub. Milli komandaya güvən lazımdır deyə belə seçimlər olub”.

Strategiya və üstünlüklər barədə:

“Bir oyunun səfərdə olması üstünlükdür. Litvaya 5 saat yarımlıq yoldur. Mahir 1 ayda 10-12 oyun keçirir. Zədə riskini çoxaldır. Rəhman və Rüfətə də aiddir. Heyət genişdir”.

Nəriman barədə:

“Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Türkiyəyə gəldi. Amerikada az şans qazanırdı. Yay toplanışında xoşbəxt olmadığını demişdi. Məşqlərdə maksimumunu qoyur. Nəriman oynamalıdır. Üzərində işləyir. Son oyunlarda 1 dəqiqə də oynamayıb”.

Qapıçılar barədə:

“Adlara toxunsaq, hərənin öz namizədi olar. Emil daimi qapıdadır, Aydın da həmçinin. Rəvan da perspektivlidir. Şahruddin Azərbaycan üçün ən yaxşı qapıçıdır. Zədəli olanda yoldaşlıq görüşləri ayrı, rəsmi matçlar ayrı. Mahiri, Şahı və digərlərini qazandıq. O, milli karyerasını düşünməlidir. Səlahət yaxşı insan və qapıçıdır. Səlahəti milli komandaya biz qaytarmışdıq. O vaxt “Qəbələ” son pillədə idi. Səlahət yenə də bizim siyahıda idi. Amma gənclərə də yol açmaq lazımdır. Edqar, Oruc kimi gəncləri tapmışıq. Milli komandanı hiss eləməlidir”.

Futbolçuların legioner həyatı barədə:

“Hərdən fikirləşirsən ki, nə edim? Deyirlər gəzməyə gedirsiniz. Sanki Avropanı görməmişik. “Rakuv”da Mahirin necə qarşılandığını məni sevindirdi. Bursada olduq, Toraldan gözləntilər çoxdur”.

Toral Bayramov barədə:

“Millidə elə sistemdə çalışırıq ki, ciddi maraqlanmırıq. Futbolçuların legioner həyatı yaşamasını istəyirik. 37-ci dəqiqədə əvəzlənir, niyəsini anlamıram. Heç bir səhv  etmir, legionerlə əvəzlənir”.