Sloveniyalı hücumçu Benyamin Şeşko zədədən bərpa prosesi ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in oyunçusu topuq nahiyəsindəki problemlər səbəbindən mövsümöncəsi hazırlıq oyunlarının hamısını buraxıb. O, mövsümün ilk altı qarşılaşmasında iştirak edib və iki qol vurub. Lakin ağrının təkrarlanması səbəbindən "Fulhem"lə (1:1) oyunda və Sloveniya millisinin Millətlər Liqasındakı qarşılaşmalarında meydana çıxa bilməyib.

Şeşko bildirib: "Milli komandanın növbəti oyunlarında iştirak edə bilməyəcəyim üçün çox məyusam. Həmişə Sloveniya üçün oynamışam və hər zaman ürəklə, qürurla meydana çıxacağam. Hazırda əsas məqsədim tam bərpa olmaqdır. Artıq tezliklə qayıdıb həm milliyə, həm də kluba kömək etmək üçün çalışıram. Komanda yoldaşlarıma inanıram və əminəm ki, bu dəfə də bizi fərqləndirən komanda ruhunu göstərəcəklər. Yenidən milli formanı geyinəcəyim anı səbirsizliklə gözləyirəm. O vaxta qədər isə Sloveniya yığmasının ən böyük azarkeşi olacağam".