Avroliqanın son mövsümünün ən dəyərli oyunçusu və çempionu Saşa Vezenkov yeni mövsüm öncəsi həm keçmiş uğurları, həm də qarşıdakı məqsədləri dəyərləndirib. Bolqarıstanlı ulduz ötən ilki uğurun davamını gətirməyin vacibliyini vurğulayıb və yeni transfer Jan Montero barədə yüksək fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, Avropanın çempionları mövsümə sentyabrın 24-də, saat 20:30-da "Baskoniya"ya qarşı Vitoriyada start verəcək. Vezenkov ötən il Afinada keçirilən Avroliqa finalını belə xatırlayıb: "Xatirələr. Həmin gecə və üç günlük dövr bizim üçün inanılmaz idi. Avroliqada qalib gəlmək məqsədimiz, arzumuz idi. Sonda buna nail olduq. Hər mövsüm fərqlidir. İdmanın gözəlliyi də bundadır. Heç kim keçmişi xatırlamır, gələcək isə naməlumdur. Ona görə də bu günü yaşamaq lazımdır. Bu, bizim adımız və irsimiz üçün yaxşıdır, amma yenidən mübarizə aparmalıyıq."
Monteronun transferi barədə isə Vezenkov belə deyib: "Onun oyunu hər şeyi asan göstərir. Keçən mövsüm Avroliqada ilk ili idi və çox şey nümayiş etdirdi. O, bizə kömək etmək üçün gəlib, biz də ona dəstək olacağıq. Komandamıza fərqli bir nəfəs gətirir."


