UFC döyüşçüsü Umar Nurmaqomedovun meneceri Əli Əbdül-Əziz idmançının gələcək planları barədə danışıb. O bildirib ki, Umar artıq özünü güləşçi kimi görmür və bundan sonra rəqiblərini nokautla məğlub etməyi hədəfləyir.
Offsideplus.az xəbər verir ki, Əbdül-Əziz bu barədə belə deyib: "2027-ci il Umarın karyerasında ən yaxşı il olacaq. O, mənə zəng edib dedi ki, artıq güləşçi deyiləm, rəqiblərimi nokaut edəcəyəm. Umar və Usman Nurmaqomedov hər ikisi zərbəçi üslubuna üstünlük verirlər. Mən inanıram ki, 2027-ci ildə Umar geri dönəcək və qisas alacaq". Qeyd edək ki, 29 avqustda Nurmaqomedov Sun Yadonga nokautla uduzaraq karyerasında ilk dəfə vaxtından əvvəl məğlub olub.


