Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Özbəkistan təmsilçisi "Navbahor"la üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1. Təmsilçimizin təsəlli qolunu Yeqor Boqomolski vurub.

Qeyd edək ki, "Zirə" Bakıda keçirdiyi ilk yoxlama oyununda "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.