“Portuqaliyanın Dünya Kubokunu qazanacağına inanıram”.

Bu sözləri “Şamaxı”nın kapitanı, portuqaliyalı qapıçı Rikardo Fernandeş Offsideplus.az-a müsahibəsində deyib. 

- Portuqaliya millisi ilk oyunda qalib gələ bilməsə də, ikinci matçda bunu inamla bacardı. Bunun səbəbi Özbəkistanın Konqodan zəif olmasıdır?

- Onlar ikinci oyunda aqressivlik və peşəkarlıq göstərdilər. Bəlkə də erkən buraxılan qol komandanı həvəsdən salmışdı. 

- Sizcə, mundialın qalibi hansı seçmə olacaq?

- Mən həqiqətən də inanıram ki, Portuqaliya yığması Dünya Kubokunu qazanacaq.

- Maraqlıdır. Ronaldonun komandaya mənfi təsir etdiyini düşünürsüz, yoxsa əksinə?

- Ronaldo dünya tarixinin ən yaxşı futbolçusudur. O, ağlasığmaz statistikalara malikdir. Portuqaliya millisinin iki üzü var : Ronaldolu, Ronaldosuz. Kriştiano olmayanda kollektivin oyun dinamikası tamam fərqli olur. 

- Son sual. Lionel Messi, yoxsa Kilian Mbappe?

- Kriştiano Ronaldo