“Qarabağ” klubunda növbəti ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Leandro Andrade ilə vidalaşıb. "Qarabağ" Ukraynanın “Polesye” klubunun təklifini və yarımmüdafiəçinin istəyini müsbət cavablandırıb və transfer reallaşıb.

Qeyd edək ki, Leandro 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Kabo-verdeli futbolçu "atlılar"ın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb.

O, “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.