Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt” “Qarabağ”a uduzdu - 4:2.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Filipe Kandido iştirak edib:

“Oyunçularımla fəxr edirəm. Hər oyunda sona qədər vuruşmağı bacarırlar. İlk hissədə bərabər səviyyəli oyun keçdi. 40-cı dəqiqəyə qədər komandam çox intizamlı oynadı. Hissənin son 5 dəqiqəsində böyük və adi səhvlər etdik. Oyunçularıma dedim ki, qorxmasaq, dönüş edə bilərik, etdik də. Amma sonda gücümüz yetmədi”.

“Zirə” və “Qarabağ”la oyunda səfərdə komanda 2 qol vurub məğlub olması barədə:

“Düzdür, səfərdə 2 qol vuranda ən azı 1 xal qazanmalıyıq. İlk turdan bəri həmişə itkilərimiz olub. Bir neçə zədəlilərimiz var. Oyunun sonlarında akademiya oyunçularını meydana buraxdıq. Öyrənə-öyrənə gedirik. İnanırıq ki, yaxşı olacaq. Əzmkarlıq lazımdır, bu gün bunu gördüm”.

Autsayder olmaq qorxusu barədə:

“Turnir cədvəlinə baxnağı sevmirəm. Əsas mövsümün sonunda baxmaq lazımdır. İnanıram ki, mövsümün sonunda yaxşı yerlərdə olacağıq”.