Bakıdakı UFC tədbiri başlayıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ilk olaraq Tahir Abdullayev oktaqona çıxıb. O, braziliyalı Cefferson Nasimento ilə qarşılaşıb.

UFC-də debüt edən döyüşçümüz texniki nokautla rəqibini məğlub edib. O, III raundda döyüşün bitməsinə saniyələr qalmış qalib gəlib.

Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziyev Manuel Torreslə qarşılaşacaq.