Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirən "Zirə" bu gün yoxlama oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası “Navbahor” (Özbəkistan) kollektivi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə"nin növbəti yoxlama oyunu 1 iyul tarixlərində baş tutacaq.


