"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi "VSG Tirol"la üz-üzə gəlib.
Matç "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kamilo Duran və Zakaria Savo fərqləniblər. Yeni transfer Savo matçda het-trikə imza atıb.
Qeyd edək ki, "Tirol" ötən mövsüm Avstriya Bundesliqasını 7-ci yerdə başa vurub.


