UFC Fight Night Baku tədbirinin ilkin kartı çərçivəsində Fərman Həsənov Erik Nolan üzərində qələbə qazanıb. 

Offsideplus.az xəbər verir ki, yarışdan sonra keçirilən mətbuat konfransında azərbaycanlı döyüşçü əvvəlcə döyüşü şərh edib: 

"Əla hiss edirəm. İlk döyüşüm UFC-də, üstəlik Vətəndə idi. Bu bir motivasiya idi. Qələbə ilə bitirmək qürurverici bir hissdir. Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Başımı qaldıranda millətimi görəndə duyğularımın pis olma ehtimalı yoxdur. Qələbəni xalqıma, millətimə həsr edirəm". 

Rəqibin ləqəbi axşam vaxtı idi. İndi Bakıda axşam, ABŞ-də səhərdir. Ona nə məsləhət görərdiniz? sualına Fərman belə cavab verib: 

"Ola bilər onda axşam vaxtı ləqəbdir. Amma indi Bakı vaxtı ilə axşamdır". 

"UFC ilə 4 döyüşlük müqavilə var. Orada məşq və toplanış edirik. Təzəlikcə, 3 həftə əvvəl İbrahim müəllim ilə orda idik. ABŞ-yə köçməyə gəlincə, bizim yeməklər orda yoxdur. Ora getsək də, geri qayıtmağa çalışırıq".