“Mançester Yunayted”in hücumçusu Markus Reşford bu yay transfer pəncərəsində “Tottenhem” klubuna keçməkdən imtina edib.

Offsideplus.az xəbər verir ki, ​London təmsilçisinin ciddi marağına baxmayaraq, ingilis forvard Şimali Londona köçməkdə maraqlı deyil. Karyerasında yeni səhifə açmaq istəyən Reşford daha çox xarici klublardan gələcək təklifləri dəyərləndirməyə üstünlük verir.

​“Mançester Yunayted” rəhbərliyinin isə 28 yaşlı hücumçunun satışı üçün təxminən 40 milyon funt-sterlinq tələb etdiyi bildirilir.