"RB Leypsiq" klubunun 19 yaşlı futbolçusu Yan Diomande bu yay komandadan ayrılacağı təqdirdə karyerasını PSJ-də davam etdirmək qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, gənc müdafiəçi Əl-Xəlaifi, Kampos və Luis Enrikenin rəhbərliyi altında fəaliyyət göstərən layihəyə tam inanır.
Onun əsas hədəfləri Paris klubu ilə böyük kuboklar qazanmaq və gələcəkdə "Qızıl top" mükafatına layiq görülməkdir.


