Paraqvay prezidenti Santiaqo Penya millinin DÇ-2026-da Almaniya üzərində qazandığı gözlənilməz qələbə və 1/8 finala yüksəlməsi münasibətilə çərşənbə axşamını ölkədə milli bayram (qeyri-iş günü) elan edib.

Offsideplus.az xəbər verir ki, ötən gecə baş tutan matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdıqdan sonra Cənubi Amerika təmsilçisi dördqat dünya çempionu Almaniyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək turnirin ən böyük sürprizlərindən birinə imza atıb.

Prezident Penya rəsmi fərmanı imzalayarkən çəkilən fotosunu sosial şəbəkədə paylaşaraq, "Bu gün bütün ölkə heç vaxt təslim olmayan insanların əzmini və gücünü qeyd edir" yazıb.

Qeyd edək ki, Paraqvay bu turnirdə Almaniyaya qarşı sensasiyalı qələbədən sonra milli bayram elan edən ikinci Cənubi Amerika ölkəsidir. Ötən həftə Ekvador Prezidenti Daniel Noboa da qrup mərhələsində Almaniyanı 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəldikləri üçün ölkədə milli bayram elan etmişdi.