Türkiyə Futbol Federasiyası (TFF) futbol ictimaiyyətinin maraqla gözlədiyi xarici oyunçu limiti ilə bağlı son qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, federasiyadan verilən rəsmi bəyanatda hazırda qüvvədə olan "10+4" xarici futbolçu qaydasında heç bir dəyişikliyin edilməyəcəyi bildirilib. Qərara əsasən, klublar növbəti mövsümdə bi sistemlə fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, bir müddətdir klubların bu limitin artırılması və ya qaydalara yenidən baxılması ilə bağlı tələbləri müzakirə mövzusu idi. TFF-nin bu qərarından sonra iddia və müzakirələrə son qoyulub.
Bu qaydaya əsasən, klublar 14 legioner transfer edə bilər, onlardan ən azı 4-nün 01.01.2003-cü il və ya daha sonrakı tarixlərdə təvəllüdlü (doğulmuş) olması məcburidir.


