"Maklaren"in rəhbəri Andrea Stella Avstriya Qran-prisindən sonra komandanın 2026-cı il mövsümündəki perspektivləri və "Mercedes"lə rəqabəti barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Stella əmindir ki, komandasının bolidi təkmilləşdirmə sürətinə görə rəqibini geridə qoymaq və ən yüksək yerlər uğruunda mübarizə aparmaq şansı var:
"Mövsümün əvvəlində "Mersedes" şassi effektivliyinə görə üstün idi. Lakin onlar da bolid üzərində aktiv işləyirlər və Kanadaya yeniliklər gətirdilər. İndi "Mersedes" müəyyən üstünlüyə malikdir. Amma əminəm ki, əgər növbəti ciddi yenilənmə olmasa, mövsümün ikinci yarısında ən sürətli bolid başqa komandada olacaq.
Əsas sual budur: Mövsümün sonuna doğru "Mersedes"in üstünlüyü nə qədər olacaq və hansısa komanda onlara çatıb xal fərqini azalda biləcəkmi? Bizi motivasiya edən də elə budur – "Maklaren" məhz həmin komanda olmaq istəyir. Çempionat uzundur və məqsədimiz liderliyi ələ almaqdır".


