Dünya çempionatında mübarizə qızışır.

Offsideplus.az xəbər verir ki, 1/16 final mərhələsində Niderland və Mərakeş yığmaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtda qalib müəyyənləşməyib - 1:1.

Penaltilər seriyasında isə Mərakeş daha dəqiq olub və növbəti mərhələyə yüksəlib.

Onlar 1/8 finalda Kanada ilə qarşılaşacaqlar.

DÇ-2026, 1/16 final

05:00 Niderland - Mərakeş 1:1 (penaltilər seriyası - 2:3)

Qollar: Kodi Qakpo, (71') - İssa Diop (90+1")