"Qəbələ" yay "transfer pəncərəsi"ndə ikinci keçidini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" Natan Monzanqonu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Konqo Demokratik Respublikasından olan futbolçu 1+1 illik müqavilə bağlanıb. 25 yaşlı mərkəz müdafiəçisinin son klubu “Bravo” (Sloveniya) olub.
O, buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarında da çıxış edib.


