Növbəti mövsüm Avroliqada iştirak edəcək "Beşiktaş" heyətini gücləndirmək üçün çalışmalara başlayıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Metecan Birsenlə razılığa gəlib.

Bu barədə "Eurohoops" portalı məlumat yayıb.

Müqavilənin müddəti bir mövsümlükdür. Rəsmi açıqlamanın yaxın zamanda ediləcəyi gözlənilir.

M. Birsen 5 mövsümdür "Fənərbağça"da çıxış edirdi. O, karyerasında 1 dəfə Avroliqa, 6 dəfə isə Türkiyə çempionu olub.