İngiltərə futbolunun əfsanəsi və "İnter Mayami" klubunun həmtəsisçisi Devid Bekhem meydandan kənarda da əsl pul maşınına çevrilib.

Offsideplus.az xəbər verir ki, marketinq ekspertlərinin hesablamalarına görə, 51 yaşlı sabiq futbolçu 2026-cı il Dünya Çempionatı zamanı yayımlanan reklam müqavilələrindən ümumilikdə təxminən 19 milyon funt-sterlinq gəlir əldə etmək üzrədir.  

​ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnirdə Bekhemin siması televiziya ekranlarından və mediadan əskik olmur. Matçların fasilələrində və oyun zamanı verilən su fasilələrində onun iştirak etdiyi çarxlara tez-tez rast gəlinir.  

​İngiltərə millisinin sabiq kapitanı turnir çərçivəsində dünyanın nəhəng brendlərinin əsas siması kimi çıxış edir. Onun reklam etdiyi qlobal şirkətlərin siyahısı kifayət qədər zəngindir:  

  • ​"Pepsi"  
  • ​"McDonald's"  
  • ​"Lay's"  
  • ​"Stella Artois"  
  • ​"Home Depot"  
  • ​"Bank of America"  
  • ​"Verizon"  
  • ​"Adidas"  

​Ekspertlər bildirirlər ki, Bekhemin onilliklər boyu dəyişməyən nüfuzu, xarizması və etibarlı imici böyük şirkətlərin Dünya Çempionatı effekti vasitəsilə milyardlarla insana çatmasında ən ideal vasitədir.