Müdafiə xəttini gücləndirmək variantlarını nəzərdən keçirən "Mançester Yunayted" klubunun "Sportinq"in müdafiəçisi Maksi Arauxo ilə maraqlandığı barədə xəbərlər gündəmdə qalmaqda davam edir.

Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi Uruqvay millisinin üzvünün transferi ilə bağlı artıq ilkin araşdırmalara və sorğulara başlayıb.

​Məlumata görə, Arauxonun Portuqaliya klubu ilə müqaviləsində 70 milyon funt-sterlinqlik sərbəstqalma bəndi var. Lakin "Mançester Yunayted" rəhbərliyinin bu məbləği tam ödəmək niyyətində olmadığı bildirilir. Mançester təmsilçisi transfer prosesini rəsmiləşdirmək qərarına gələrsə, portuqaliyalılarla masa arxasına oturaraq daha aşağı qiymətə razılıq əldə etməyəçalışacaq.