“Şəfa” 3 futbolçu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, Emin Zamanov, Zahid Mərdanov və Ruslan Hacıyev MOİK-lə anlaşıb.
Müqavilənin detalları, transferin icarə, yoxsa birbaşa olduğu ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, ötən mövsüm 1-ci liqada komandanın aparıcı üzvlərindən hesab olunan Emin Zamanov “Şamaxı” elitaya yüksələrkən “şirlər”in heyətindən ayrılıb, “Şəfa”ya qoşulmuşdu.
Xatırladaq ki, ötən mövsümü “Şəfa” 1, MOİK 7-ci pillədə başa vurub.


