"Marsel" klubunun yeni baş məşqçisi Bruno Jenezyo olub.
Offsideplus.az xəbər verir ki, Fransa Liqa 1 təmsilçisi cəmi 4 ay komandaya rəhbərlik edən Həbib Beyenin gedişindən sonra təcrübəli mütəxəssislə müqavilə imzalayıb.
Daha əvvəl "Lion", "Renn" və "Lill" kimi klubları çalışdıran Jenezyonun təyinatı ilə bağlı klubun rəsmi bəyanatında onun bu fikirlərinə yer verilib:
"Buradakı böyük çağırış məni cəlb etdiyi üçün "Marsel"i seçdim. Bura özünəməxsus tarixi, güclü kimliyi və ehtiraslı azarkeşləri olan unikal bir klubdur. Bu yeni layihənin bir parçası olduğum üçün çox xoşbəxtəm".


