"Qarabağ" Avstriya toplanışında bu gün daha iki hazırlıq oyunu keçirib.

Offisdeplus.az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk sınağında Ukrayna təmsilçisi "Xarkov"la qarşılaşıb. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Qurban Qurbanovun komandası 2:6 hesabı ilə məğlub olub. "Kəhər atlar"ın qollarına Jali Muaddib və Kadi Borges imza atıb.

Ağdam klubu günün ikinci oyununda isə Macarıstanın köklü klublarından olan "Ferentsvaroş"la üz-üzə gəlib. Bu görüşün startı isə saat 19:30-da olub. 

Görüşdən macarlar 1:0 hesabla qalib ayrılıb. 

Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki yoxlama oyunlarında Bakıda "Zirə"ni 4:3, Avstriyada isə "Tirol"u 4:0 hesabı ilə məğlub edib.