1995-ci ildə "Qızıl top" mükafatını qazanmış Corc Vea Lamin Yamalın hələlik Kilian Mbappe ilə müqayisə edilməsinin doğru olmadığını düşünür.
Offsideplus.az xəbər verir ki, sabiq "Milan"lı bu barədə bunları söyləyib:
"O, bir fenomendir. Doğrudan da çox yaxşı oyunçu və əla qolçudur. Lamin Yamal isə hələ gənc oğlandır, onu Kilian Mbappe ilə müqayisə etməyə dəyməz. Mbappe fenomendir, Yamal isə hələ yeni inkişaf edir.
Ümid edirəm ki,Yamal karyerasında tərəqqi etməyə davam edəcək, lakin onu Mbappe ilə müqayisə etmək olmaz. Hər kəs bilir ki, Mbappe hazırda ondan qat-qat yaxşıdır".


