Peşəkar Futbol Liqasının (PFL) açıqladığı son hesabatda Misli Premyer Liqasında son 5 mövsümün tamaşaçı statistikası məlum olub.
Offsideplus.az xəbər verir ki, geridə qalan 2025/2026 mövsümündə təşkil edilən 198 qarşılaşmanı tribunadan ümumilikdə 285 min 778 azarkeş izləyib. Bu isə hər oyuna orta hesabla 1443 tamaşaçı deməkdir.
Müqayisə üçün qeyd edək ki, əvvəlki iki mövsümdə ümumi say az olsa da, orta göstərici daha yüksək olub: 2024/2025 mövsümündə 180 matçda 275 min 933 insan (orta hesabla 1533), 2023/2024 mövsümündə isə 180 oyunda 276 min 487 azarkeş (orta hesabla 1536) qeydə alınıb.
2022/2023 mövsümündə keçirilən 180 qarşılaşmanı 261 min 564 tamaşaçı (orta göstərici 1453) izlədiyi halda, son 5 ilin ən zəif nəticəsi 2021/2022 mövsümünə təsadüf edib. Həmin vaxt cəmi 112 oyun baş tutub və tribunaları ümumilikdə 89 min 10 azarkeş (orta hesabla 795) doldurub.


