"Qarabağ" Avstriya toplanışında bu gün daha iki hazırlıq oyunu keçirəcək.
Offisdeplus.az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk sınağında Ukrayna təmsilçisi "Xarkov"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdamlılar günün ikinci oyununda isə Macarıstanın köklü klublarından olan "Ferentsvaroş"la üz-üzə gələcəklər. Bu görüşün startı isə saat 19:30-da olacaq.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki yoxlama oyunlarında Bakıda "Zirə"ni 4:3, Avstriyada isə "Tirol"u 4:0 hesabı ilə məğlub edib.


