Fransa millisi İsveçi 3:0 hesabı ilə rahat keçərək DÇ-2026-nın 1/8 finalında Paraqvaya rəqib olsa da, baş məşqçi Didye Deşam komandasının hələ ideal formadan uzaq olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk hissədə qaçırılan çoxsaylı qol epizodlarından narazı qaldığını gizlətməyib:
"İlk 15 dəqiqədə bir az çəkingən olsaq da, sonradan lazım olanı etdik və çoxlu şanslar yaratdıq. Tək təəssüfüm ilk hissədə imkanlardan yararlana bilməməyimizdir. Oyunu daha tez bitirə bilərdik, lakin rəqibi çox qaçırdığımız üçün fasilədən sonra işimiz yüngülləşdi".
Pley-off mərhələsinin hər kəs üçün çətin olduğunu vurğulayan Deşam qarşıda daha ciddi sınaqların gözlənildiyini deyib:
"Biz hələ cəmi 1/8 finaldayıq. Rəqiblərin səviyyəsi artdıqca, bizim də oyunumuzda yaxşılaşmalı olan çox şey var".
Fransanın turnirin əsas favoritlərindən biri hesab edilməsinə baxmayaraq, baş məşqçi eyforiyaya qapılmayacaqlarını bildirib:
"Həddindən artıq sevinməyəcəyik. Bu qələbədən həzz alıb, 48 saat ərzində yenidən yerə enməliyik. Çünki 4 gündən sonra bizi nəyin gözlədiyini yaxşı bilirik".


