FIFA Meksika və Ekvador (2:0) matçında su fasilələrinin olmayacağını elan etsə də, daha sonra bu qərarını ləğv edib.
Offsideplus.az xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsinin oyunu Bakı vaxtı ilə saat 05:00-da start götürməli idi, lakin "Asteka" stadionu ətrafındakı əlverişsiz hava şəraiti səbəbindən qarşılaşma bir saat gec başlayıb.
Matçın təxirə salındığını elan edən FIFA oyun zamanı su fasilələrinin verilməyəcəyini bildirmişdi. Buna baxmayaraq, hər iki hissədə su fasiləsi yaradılıb.
"The Athletic" nəşrinin yaydığı məlumata görə, sonradan FIFA-nın rəsmi saytındakı bəyanatdan "Bu matç zamanı su fasilələri olmayacaq" cümləsi silinib.


