Dünya çempionatları tarixinin ən yaxşı 50 futbolçusunun reytinqi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, futbol dünyasının əfsanələri xüsusi ardıcıllıqla düzülüb.

​Siyahının ilk pilləsində Braziliya futbolunun kralı Pele qərarlaşıb. Onun ardınca isə Argentina millisinin və "Napoli" klubunun unudulmaz ulduzu Dieqo Maradona ikinci yeri tutub. Müasir futbolun dahisi, Argentina yığması ilə son dünya çempionluğunu qazanan və karyerasının böyük hissəsini "Barselona"da keçirmiş Lionel Messi isə ilk üçlüyü tamamlayır.

​Dünya çempionatlarında buraxdıqları izlərlə yadda qalan digər ulduzlar da ön sıralarda yer alıblar. Siyahı bu cürdür:

  1. ​Pele (Braziliya)
  2. ​Dieqo Maradona (Argentina)
  3. ​Lionel Messi (Argentina)
  4. ​Frans Bekkenbauer (Almaniya)
  5. ​Ronaldo (Braziliya)
  6. ​Zinedin Zidan (Fransa)
  7. ​Qarrinça (Braziliya)
  8. ​Kilian Mbappe (Fransa)
  9. ​Gerd Müller (Almaniya)
  10. ​Miroslav Kloze (Almaniya)
  11. ​Yohan Kroyff (Niderland)
  12. ​Lotar Matteus (Almaniya)
  13. ​Bobbi Mur (İngiltərə)
  14. ​Paolo Rossi (İtaliya)
  15. ​Kafu (Braziliya)
  16. ​Jairzinyo (Braziliya)
  17. ​Fabio Kannavaro (İtaliya)
  18. ​Eusebio (Portuqaliya)
  19. ​Andres İnyesta (İspaniya)
  20. ​Karlos Alberto (Braziliya)
  21. ​Romario (Braziliya)
  22. ​Bobbi Çarlton (İngiltərə)
  23. ​Jüst Fonten (Fransa)
  24. ​Roberto Bacco (İtaliya)
  25. ​Cüzeppe Meassa (İtaliya)
  26. ​Xavi (İspaniya)
  27. ​Mario Kempes (Argentina)
  28. ​Mişel Platini (Fransa)
  29. ​Paolo Maldini (İtaliya)
  30. ​Luka Modriç (Xorvatiya)
  31. ​Tomas Müller (Almaniya)
  32. ​Lev Yaşin (SSRİ)
  33. ​Rivaldo (Braziliya)
  34. ​Şandor Koçiş (Macarıstan)
  35. ​Ferents Puşkaş (Macarıstan)
  36. ​Filipp Lam (Almaniya)
  37. ​Qordon Benks (İngiltərə)
  38. ​Yurgen Klinsmann (Almaniya)
  39. ​Rojer Milla (Kamerun)
  40. ​Roberto Karlos (Braziliya)
  41. ​Didi (Braziliya)
  42. ​Ronaldinyo (Braziliya)
  43. ​Martin Piters (İngiltərə)
  44. ​Antuan Qrizmann (Fransa)
  45. ​Rudi Föller (Almaniya)
  46. ​Daniel Passarella (Argentina)
  47. ​Didye Deşam (Fransa)
  48. ​Leonidas (Braziliya)
  49. ​Vava (Braziliya)
  50. ​Frits Valter (Almaniya)

​Reytinqdə futbol tarixinin müxtəlif dövrlərinə damğa vurmuş digər böyük adlar da yer alıb. Məsələn, "Ayaks" və "Barselona" əfsanəsi Yohan Kroyff 11-ci, İtaliya futbolunun unudulmaz müdafiəçisi Paolo Maldini 29-cu, Xorvatiya millisi və "Real Madrid" klubunun ulduzu Luka Modriç isə 30-cu pillədə qərarlaşıb.

​Keçmiş SSRİ-nin yeganə "Qızıl top" mükafatçısı olan qapıçı Lev Yaşin siyahıda 32-ci yeri tutub. Hazırda da çıxışını davam etdirən almaniyalı hücumçu Tomas Müller isə 31-ci sırada özünə yer tapıb.