Azərbaycanın qızlardan ibarət U-15 və U-17 milli komandalarının məşqçi korpusunda dəyişikliklər edilib.

Offsideplus.az xəbər verir ki, U-15 millisinin baş məşqçisi vəzifəsi Rövşən Qasımova həvalə olunub. O, eyni zamanda A millidəki köməkçi məşqçi funksiyasını da yerinə yetirməyə davam edəcək.

Komandada digər təyinatlar isə A millinin üzvləri ilə bağlıdır. Belə ki, Manə Mollayeva köməkçi məşqçi, Günay İsmayılova isə qapıçılar üzrə məşqçi təyin edilib. Bu komandada köməkçi məşqçi kimi çalışan Samirə Aşırova ilə isə yollar ayrılıb.

U-17 millisinə gəlincə, komandanın baş məşqçisi postu Xanlar Əliyevə tapşırılıb. X.Əliyev həm də A millinin köməkçi məşqçisi kimi fəaliyyətini sürdürəcək.

Bundan başqa, Əli Muradov yeni yaradılan vəzifəyə gətirilib. O, qızlardan ibarət U-15, U-17 və U-19 millilərində fitness hazırlığı üzrə məşqçi kimi çalışacaq.