Fransa futbolunda gözlənilən ayrılıqlardan biri rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, "Marsel" baş məşqçisi Həbib Beyeni vəzifəsindən azad edib.

​Fevral ayında Roberto De Zerbinin gedişindən sonra komandanın sükanı arxasına keçən seneqallı mütəxəssis üçün əsas hədəf "Marsel"i çempionatın ilk üçlüyünə daşımaq və Çempionlar Liqasına vəsiqə qazanmaq idi. Lakin komanda mövsümün sonunu xaosla başa vuraraq yalnız Avropa Liqasına vəsiqə ilə kifayətlənməli oldu.

​Həbib Beyenin "Marsel" ilə 2027-ci ilin may ayına qədər rəsmi müqaviləsi olsa da, rəhbərliklə əldə olunan şifahi razılaşmaya əsasən, əsas hədəfə (Liderlər Qrupu/Podium) çatılmadığı təqdirdə yolların ayrılacağı əvvəlcədən bəlli idi.

​Fransa mətbuatının yaydığı məlumatlara görə, "Marsel" rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarını tamamlayıb. Həbib Beyenin yerinə komandanın başına fransalı mütəxəssis Bruno Jenezionun gətiriləcəyi gözlənilir.

Klubun maliyyə və hüquqi məsələləri tam tənzimlədikdən sonra bu təyinatı rəsmən elan edəcəyi bildirilir.