Avropa Oyunları Parkında (EGP Arena) keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, yarışın son günündə 90 iştirakçı qələbə uğrunda mübarizə aparıb. Gərgin keçən qarşılaşmalardan sonra öz çəki dərəcələrində bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanan idmançılar bəlli olub:
U17 qızlar
45 kq: Gülnar Ağadadaşova (UGİM-2)
55 kq: Günel Kərimli (Abşeron, "Mywrestling")
65 kq: Fidan Babayeva (AHİTA, Abşeron)
Kişilər
70 kq: Rübail İbrahimli (Abşeron)
80 kq: Cavid Niftəlizadə (FHN)
90 kq: Ramiz Həsənov (Gəncə, Təhsil-1)
+90 kq: Camal Feyziyev (AHİTA)


