Meksika millisi 1986-cı ildən bəri ilk dəfə dünya çempionatının pley-off mərhələsində növbəti raunda (1/8 finala) yüksəlib.

Offsideplus.az xəbər verir ki, Xavyer Aqirrenin baş məşqçisi olduğu komanda DÇ-2026-nın 1/16 finalında Ekvadoru üstələyib (2:0).

Bu, meksikalıların öz evlərində keçirilən DÇ-1986-dan bəri pley-off mərhələlində qazandıqları ilk qələbədir – həmin vaxt onlar 1/8 finalda Bolqarıstanı məğlub etmişdilər (2:0).

Sözügedən turnirdə 1/4 finala yüksəldikdən sonra millinin pley-off mərhələlərində 7 ardıcıl məğlubiyyətdən ibarət uğursuz seriyası başlamışdı – komanda DÇ-1994-dən DÇ-2018-ə qədər hər dəfə 1/8 finalda turnirlə vidalaşmışdı.

Qeyd edək ki, Meksika yığması DÇ-1990-da iştirakdan kənarlaşdırılmış, DÇ-2022-də isə qrupdan çıxa bilməmişdi.