UFC Meta reytinqinə əsasən döyüşçülərin sıralamasını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, yüngül çəki üzrə Rafael Fiziyev ilk "15-liy"ə daxil olub. Azərbaycanlı döyüşçü 13-cü yerdə qərarlaşıb. 1-ci yerdə İlia Topuria, 2-ci yerdə Arman Tsarukyan, 3-cü yerdə isə Çarlz Oliveyradır. Bu divizionda çempion Castin Qeycidir.
Qeyd edək ki, R. Fiziyev Bakıda keçirilən UFC Döyüş Gecəsində Manuel Torresi məğlub edib.


