Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün dünya şahmatçılarının yeni reytinq cədvəlini dərc edib.
Offsideplus.az xəbər verir ki, kişi şahmatçılarımız arasında ən yüksək göstərici Şəhriyar Məmmədyarova (2723) məxsusdur – o, dünyanın 23-cü şahmatçısıdır. Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2689) 38-ci, Aydın Süleymanlı (2657) 57-ci, Məhəmməd Muradlı (2642) 78-ci və Rauf Məmmədov (2639) 84-cü pillədə qərarlaşıblar. Kişilərin siyahısına hər zamankı kimi norveçli Maqnus Karlsen (2823) liderlik edir.
Qadın şahmatçıların yarışında isə həmyerlimiz Ülviyyə Fətəliyyeva (2440) 24-cü pilləyə yüksəlib. "Top-100"lükdə qərarlaşan digər təmsilçilərimizdən Gövhər Beydullayeva (2375) 64-cü, Xanım Balacayeva (2356) 82-ci, Günay Məmmədzadə (2350) isə 86-cı pillədə yer alıblar.
Qadınların sıralamasında ilk pillənin sahibi çinli Yifan Houdur (2596).


