Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çində keçiriləcək rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı qrossmeyster yarışda "KazChess" komandasının şərəfini qoruyacaq. Heyətdə həmçinin Aleksandr Qrişuk (Rusiya), Rixard Rapport (Macarıstan), Van Hao (Çin), eləcə də Bibisara Asaubayeva və Kazıbek Noqirbek (hər ikisi Qazaxıstan) yer alıblar.

Yarışda dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç), Fabiano Karuana (ABŞ) və digər ulduz şahmatçılar da mübarizə aparacaqlar.

16-22 iyun tarixlərində baş tutacaq Dünya Çempionatının ümumi mükafat fondu 500 000 avro təşkil edir.