İyulun 8-i “Zirə” Konfrans Liqasında ilk oyununa çıxacaq. Rəqib Gürcüstan təmsilçisi “Torpedo”dur.

Kutaisi təmsilçisinin son oyunları necə keçib, ümumi durum necədir?

“Torpedo” son 4 çempionat oyununda cəmi 1 xal qazanıb. Gürcüstan çempionatı Misli Premyer Liqası kimi 1 aydan çox deyil, cəmi 1 həftə əvvəl başa çatıb. 

Düzdür, komanda həm də kubokun finalına yüksəlib və bu gün “İberiya” ilə qarşılaşacaq. Komanda bu görüşdə məğlub olsa, psixoloji olaraq da problem yaşayacaq. 

İstənilən halda güc fərqində uçurum yoxdur, “Zirə”nin müəyyən qədər favorit olduğunu xatırlada bilərik.