Meksika millisinin futbolçusu Xilberto Mora dünya çempionatlarının pley-off mərhələsində start heyətində meydana çıxan ikinci ən gənc oyunçu kimi tarixə düşüb.
Offsideplus.az xəbər verir ki, bu rekord DÇ-2026-nın 1/16 finalında, Ekvadorla matçda (2:0) qeydə alınıb. Meydana start heyətində çıxan və 58 dəqiqə mübarizə aparan Moranın həmin gün 17 yaş 259 günlük olduğu bildirilir.
Turnir tarixində pley-off mərhələsində start heyətinə düşən ən gənc futbolçu isə əfsanəvi Peledir. Braziliyalı ulduz DÇ-1958-də Uelsə qarşı oyunda 17 yaş 239 günlüyündə meydana çıxıb.
Qeyd edək ki, Ekvadoru üstələyən Meksika yığması 1/8 finalda İngiltərə – Konqo DR cütünün qalibi ilə qarşılaşacaq.


