AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov növbəti dəfə UEFA tərəfindən məsul vəzifəyə layiq görülüb.
Offsideplus.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Elbasani” (Albaniya) və BATE (Belarus) komandaları arasındakı qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, sözügedən matç iyulun 7-də Elbasan şəhərindəki eyniadlı stadionda baş tutacaq.


