Lebron Ceymsin gedişindən sonra heyətini gücləndirməyə çalışan "Los Anceles Leykers" iki yeni basketbolçunu rənglərinə bağlamağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Kaliforniya təmsilçisinin azad agent statusunda olan Sandro Mamukelaşvili və Kventin Qraymsı heyətinə qatmağa çox yaxındır.
Transfer bazarında böyük maraq görən gürcü uzun hücumçu Mamukelaşvilinin klubla illik təxminən 10 milyon dollar dəyərində müqavilə imzalayacağı gözlənilir. O, ötən mövsüm "Toronto Reptors" forması ilə çıxış etdiyi 21.9 dəqiqədə orta hesabla 11.2 xal və 4.9 ribaundla karyera mövsümünü keçirib.
"Leykers"ın digər hədəfi olan şütör Qrayms isə son mövsümdə "Filadelfiya"nın heyətində meydana çıxdığı 75 oyunda orta hesabla 13.4 xal, 3.6 ribaund və 3.3 asist göstəriciləri ilə yadda qalıb.


