Niderland Futbol Federasiyası baş məşqçi Ronald Kumanın xələfini tapmaq üçün hərəkətə keçib və artıq ilk təmaslara başlayıb.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, "narıncılar"ın boşalacaq postu üçün əsas namizədlərdən biri Arne Slot hesab olunur.
Federasiya rəsmilərinin təcrübəli mütəxəssisin təyinatında maraqlı olduğu və rəsmi danışıqlara start verdiyi bildirilir.
Qeyd edək ki, Slot iki mövsümdür "Liverpul"u çalışdırırdı. O, ötən ay Mersisayd təmsilçisindən ayrılmışdı.


