"Aston Martin" "Red Bull"un sabiq rəhbəri Kristian Hornerlə əlaqə saxlayıb və britaniyalı mütəxəssisi komandaya gətirmək niyyətini yenidən gündəmə gətirib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Aston Martin"in sahibi Lourens Stroll bir neçə ay əvvəl də onu dəvət etməyə çalışsa da, həmin vaxt tərəflər arasında razılıq əldə olunmamışdı.
Bu keçid reallaşacağı təqdirdə, Horner hazırda həm də komandanın rəhbəri vəzifəsini icra edən "Aston Martin"in texniki direktoru Adrian Nyu ilə yenidən birgə çalışacaq.
Qeyd edək ki, daha əvvəl Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun "Red Bull"un keçmiş şefini "Ferrari"yə keçməyə çağırdığını bəyan etmişdi.


