İki mövsüm əvvəl 2-ci liqada mübarizə aparan artıq Premyer Liqada çıxış edəcək “Şəfa”dan xəbər var.
Ötən mövsüm ərzində klubun yanlız yerli futbolçularla oynayacağı deyilsə də, ötən ay yeni təyin olunmuş vitse-prezident Əfran İsmayılov bu xəbəri təkzib etdi.
Transfer pəncərəsinin aktiv komandalarından biri “Şəfa” hələ ki, ancaq yerliləri heyətinə qatıb. Bəs legioner transferi nə vaxt olacaq?
Bu barədə klubun mətbuat katibi Heybət Məmmədov Offsideplus.az-a açıqlama verib. O, bu yöndə işlərin davam etdiyini, transfer edildikdə rəsmi sosial şəbəkələrində məlumat veriləcəyini bildirib. Klub rəsmisi təmkinlə, ölçüb-biçərək qərar verməyə çalışdıqlarını bildirib.


