2026–2027 mövsümündən etibarən perspektivli fiqurlu konkisürən Aleksandr Plüşenko beynəlxalq fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanladığı müraciəti müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi razılıq verilib.
Qeyd edək ki, Aleksandr əfsanəvi, 2 qat Olimpiya çempionu Yevgeni Plüşenkonun oğludur.


